Xəzər Xəbər

“15 dəqiqəyə 5 bardaq su...” Dietoloqdan orucluq tövsiyəsi

Cəmiyyət | 15:34 • 17 May 2018
“15 dəqiqəyə 5 bardaq su...”

Artıq Ramazan ayı başlayıb. İnsanlar bu ayda necə qidalanmağın yollarını bilmədikləri üçün gün ərzində boş qalan mədəni iftarda həddən çox yükləyirlər. Bu isə insanların səhhətində müəyyən xəstəliklərə yol açır.

Dietoloq Leyla Zülfüqarlı açıqlamasında Ramazan ayında oruc tutanlara düzgün qidalanmağın yollarını açıqlayıb.

"Ramazan ayı boyunca qəbul etdiyimiz yeməklərdə çox vacib maddələr olmalıdır ki, sağlamlığımıza xidmət etsin. Baş ağrımasın, qanda şəkərin faizi stabil qalsın, susuzluğumuza dözə bilək və s. Bunun üçün vacib imsak və iftar qidaları var. İmsakda insanlar yuxudan duran kimi 5 bardaq su içməlidir. Özü də bu su 15 dəqiqəyə içilməlidir. Pendir yemək mütləqdir. Əgər su içib duz maddəsi qəbul etməsək, orqanizimin suya daha çox ehtiyacı olacaq. Amma duz ionları olarsa, su molekulasını yanına çəkir və orqanizm gün ərzində susuz qala bilir. Bu üzdən imsakda pendir yeyilməlidir. Təmiz çovdar çörəkləri istifadə olunmalıdır. Bu çörəklər gün ərzində qanımızda şəkərin faizini sabit saxlayır. Oruc tutan insanlar adətən iftarda xurmadan istifadə edir. Amma xurma həm də imsakda yeyilməlidir. Xurma şəkərə olan ehtiyacımızı 85 faiz ödəyir”.

Leyla Ramazanlının fikrincə, oruc tutanlar hazır qidalardan qaçmalıdırlar:

"Hazır, süni qidaların tərkibində olan qatqılar heç bir maddə ilə orqanizmdə birləşmir. 3 saatdan sonra orqanizm yenidən həmin maddələri tələb edir. Bu da imkansızdır. Bu səbəbdən insanlar kolbasa, sosiska, bir sözlə, hazır qidalardan uzaq duracaqlar. Yalnız ev şəraitində hazırlanan yeməklər yeyəcəklər”.

Dietoloq həmçinin vurğuladı ki, iftar açılandan sonra orqanizmə 3 istiqamətdə qida qəbul eləmək lazımdır: "Bütün günü boş qalan mədəyə ağır qidalar ötürmək olmaz. İlk öncə iki bardaq su, ardınca şorba, ondan yarım saat sonra hazır ət xörəkləri yeyilməlidir. Hətta şirniyatlar da yemək lazımdır. Yeməklərdən bir saat sonra isə meyvə və onun üzərindən su içə bilərik. Südlü şirniyyatlar da yemək məsləhətdir”./aznews.az

Xəbər lenti