Xəzər Xəbər

Bakıda sərv və şam ağaclarının kəsilməsinin qarşısı alınıb - FOTO

Cəmiyyət | 15:06 • 14 May 2018
Bakıda sərv və şam ağaclarının kəsilməsinin qarşısı alınıb -

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər bir vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa yönəldilən tədbirləri dəstəkləməyə, ətraf mühitə dair məsələlərdə fəallıq göstərərək həmrəy olmağa çağırır.

Nazirlik yaşıllıqların mühafizəsinə qayğıkeş münasibətinə və həyəcan təbili çaldığına görə Suraxanı rayonu Yeni Günəşli "A-B” yaşayış massivində yaşayan Rövşən Qafarova dərin təşəkkürünü bildirir, ətraf mühitin qorunmasında göstərdiyi vətəndaşlıq mövqeyini yüksək qiymətləndirir.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, R.Qafarovun ictimai nəzarəti sayəsində Suraxanı rayonu Yeni Günəşli "A-B” yaşayış massivində yeni yaşayış binasının layihələndirilməsi üçün "Abşeron-M” MMC-yə ayrılan 0,3 hektar torpaq sahəsində bioloji inkişafda olan, diametri 20-28 santimetr təşkil edən yaşköküstə 8 sərv və şam ağacı, o cümlədən diametri 8 santimetr olan tuya kolunun kəsilməsinin qarşısı alınıb.

R.Qafarovun "Abşeron-M” MMC tərəfindən ağacların məhv edilməsi təhlükəsi ilə bağlı nazirliyə etdiyi müraciət nazirliyin əməkdaşları tərəfindən özünün iştirakı ilə araşdırılıb və ağacların mühafizə edilməsi üçün "Abşeron-M” MMC-yə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib. Nazirliyin əməkdaşları tərəfindən ərazi və "məcburi göstəriş”in icrası nəzarətə götürülüb.

Nazirlik vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, daxil olan müraciətləri operativ olaraq araşdırır və qanunauyğun tədbirlər görür.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
389 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti