Xəzər Xəbər

Tullantılar arasından 400 kq-dan çox qəpik tapılıb

Cəmiyyət | 13:34 • 13 Mart 2018
Tullantılar arasından 400 kq-dan çox qəpik tapılıb
Bakı BərkMəişət Tullantılarının Yandırılması zavodunda 500 min ton bərk məişət, 10 min ton tibbi tullantı utilizasiya olunur. Bunun nəticəsində 231 milyon kilovat-saat elektrik enerji istehsal olunur və mərkəzi elektrik şəbəkəsinə ötürülür.


XəzərXəbər xəbər verir ki, bunu "Təmiz Şəhər " ASC-nin idarə heyətinin sədri Etibar Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

ASC rəsmisi qeyd edib ki, il ərzində satışdan 9 milyon manata yaxın gəlir əldə edilir. Onun sözlərinə görə, Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materialların, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezident fəaliyyət göstərir.

"Bu rezidentlərdə 140 nəfər işlə təmin olunub, 23,4 milyon vəsait yatırılıb. Buradan mebel, pet butulkaları, plastik yeşiklər ölkədən ixrac olunur. Daha 6 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış hər rezident bu il ərzində fəaliyyətə başlayacaq. Orada qida tullantıların emalı, plastik emalı, kağız emalı, işlənmiş qida yağları emalı, yapışqan lent emalı ilə məşğul olan rezidentlər olacaq".

İdarə heyətinin sədri qeyd edib ki, Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə zamanı 900-dən çox müxtəlif növ sənəd (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, diplom, hərbi bilet vəs.) toplanaraq "Poçtap" layihəsi çərçivəsində "Azərpoçt" the MMC-yə təhvil verilib.

"Maqnit separator vasitəsilə toplanan 400 kq-dan artıq qəpik "Təmiz Şəhər" ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub".

Böyükşor gölünün sağlamlaşdırılmasından danışan E. Abbasov bildirib ki, gölün bərpasının II mərhələsinin layihələndirmə işləri aparılır və yayda bu işlər tamamlanacaq.

"Layihələndirmə işləri bitdikdən sonra fiziki işlərə başlanılacaq və gölün qalan hissəsində də təmizlənmə aparılacaq. Birinci mərhələdə gölün 300 hektar ərazisi təmizlənis, ikinci mərhələdə 800 hektar ərazidə təmizlənmə işləri aparılacaq. Bundan sonra isə gölün 400hissəsi qalacaq və tarixi məcrasına gətiriləcək(700 hektar). Qalan 400 hektar ərazi isə qurudulacaq".

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
536 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti