Xəzər Xəbər

Şamaxının dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı

Cəmiyyət | 13:31 • 13 Mart 2018
Şamaxının dağ kəndlərinə güclü qar yağdı, nəqliyyatın hərəkəti məhdudlaşdı

Dünən günorta saatlarından başlayaraq Şamaxı rayonunun ucqar dağ kəndlərinə yağan qar və ötən gecə yolların buz bağlaması nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb.

Təxminən 25-30 sm qalınlığında olan qar və buz Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Rayonun Qızmeydan, Qəleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb. Kəndlərə gedən bəzi sürücülər öz minik avtomobilini yolun kənarında saxlayaraq digər yük avtomobili vasitəsilə hərəkət ediblər.

Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda yollara qum-duz qarışığı səpilir, yollar qardan təmizlənir. Buna baxmayaraq, hazırda həmin ərazidə havanın şaxtalı olması və yolların yenidən buz bağlayacağı bildirilir. (apa)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti