Xəzər Xəbər

Ölüm yatağında ən çox düşünülən 5 PEŞMANLIQ

Cəmiyyət | 13:12 • 14 Fevral 2018
Ölüm yatağında ən çox düşünülən

Ölümcül xəstələrin çox ağrı hiss etməməsi üçün onlara sakitləşdirici müalicə tətbiq edən tibb bacısı Bronnie Ware "Ölümdən Əvvəlki Beş Peşmanlıq" adlı kitab yazıb. Tibb bacısının sözlərinə görə, son günlərini yaşayan insanlar pul, şöhrət və uğurlarını tamamilə unudurlar. Onlar sadəcə münasibətləri və xoşbəxtlikləri barədə peşmanlıq hissi keçirirlər.

Publika.az-a həmin kitaba istinadla ölüm yatağında olan insanın keçirdiyi 5 peşmanlıq hissini təqdim edir.

1, "Kaş ki, insanların gözləntilərini qarşılamaq əvəzinə, öz istədiklərimi edərdim". Bu, son günlərini yaşayan insanların ən çox peşmanlıq keçirdiyi məsələdir. Tibb bacısının sözlərinə görə, bu insanlar uğurlarından daha çox səhvləri və zəif nöqtələri barədə düşünür. Xəyallarının yarısını belə həyata keçirmədiklərini düşünərək bu zəifliklərini seçimləri ilə əlaqələndirirlər.

2. Bu insanların ikinci ən böyük peşmanlığı "kaş ki, bu qədər çox işləməsəydim" olur. Xüsusən də, kişi xəstələr bu peşmanlığı daha çox yaşayır. "Kaş bu qədər çox işləməsəydim, ailəmə çox vaxt ayırsaydım" - onların dilindən düşməyən cümlə olur. Uşaqları böyüyərkən onların yanında olmamağın peşmanlığını yaşayırlar.

3. "Kaş ki, hisslərimi açıq şəkildə ifadə edəcək qədər cəsur olaydım" - 3-cü ən böyük peşmanlıqdır. Çünki insanların çoxu qarşısındakı ilə mübahisə etməmək üçün hisslərini biruzə vermir. Tibb bacısının qənaətinə görə, əslində bir çox xəstəliyin əsas səbəbi də insanların hisslərini açıq şəkildə dilə gətirməməsidir. Hisslərini ifadə edə bilməmək insanın daxilində bir küskünlük yaradır ki, bu da zamanla xəstəliyə çevrilir.

4. Növbəti peşmanlıq yaxınlarla olan münasibətlə bağlıdır. Son günlərində insan "kaş ki, dostlarımla əlaqələrimi kəsməsəydim" olur. Çünki həyatın dəyişməsi insanlar arasında münasibətlərə təsir edir. Çox zaman əlaqələr qırılır. Lakin ömürlərinin son günlərində insanlar keçmiş dostlarını xatırlayır.

5. Sonuncu peşmanlıq isə seçimlərlə bağlıdır. Xoşbəxtliyin həyatda seçilən bir hiss olduğunu insanların çoxu ancaq ölüm yatağında anlayır. Dəyişikliklərdən qorxmaq, başqalarını xoşbəxt etmək istəyi, adətlər, standart həyat insanları əsl xoşbəxtlikdən uzaqlaşdırır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
546 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti