Xəzər Xəbər

“İmtahana buraxılış vərəqə”lərinin çapına başlanıldı

Cəmiyyət | 17:29 • 13 Fevral 2018
“İmtahana buraxılış vərəqə”lərinin çapına başlanıldı

Fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanında iştirak edəcək namizədlərin "İmtahana buraxılış vərəqəsi”nin çapına başlanılıb.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə bildirilib ki, buraxılış vərəqəsini çap etmək üçün https://azvision.az/redirect.php?url=http://eservices.dim.gov.az/brxvdq/ linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiqləyən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni gətirməlidir. Həmin sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq aşkarlanarsa, namizəd imtahana buraxılmayacaq.

Xəbər lenti