Xəzər Xəbər

Qripə qarşı YENİ DƏRMAN: 1 dəfə istifadə virusları məhv edir

Cəmiyyət | 16:05 • 13 Fevral 2018
Qripə qarşı YENİ DƏRMAN:

Bir dəfə istifadə ilə qrip viruslarını məhv edən dərman hazırlanıb.

İngiltərə mətbuatında yer alan xəbərə görə Yaponiyanın "Şionogi" firması tərəfindən hazırlanan dərmanın qrip viruslarını məhv etməsi üçün 24 saat kifayət edir.

Onun ən çox istifadə edilən qrip dərmanlarından 3 dəfə daha çox təsirli olduğu deyilir. Mövcud dərmanlarla qripin tamamilə sağalması üçün 5 gün boyunca gündə 2 dəfə qəbul edilməsi lazımdırsa, yeni dərman bir dəfə istifadə ilə qripi "bloklayır”. Virusun bədəndən tam təmizlənməsi üçün bu dərmanı da 5 gün qəbul etməlisiniz. Lakin ilk dəfə qəbul edəndən sonra artıq bədəninizdə bir rahatlıq hiss edirsiniz.

Firmanın sözçüsü İsao Teşiroginin açıqlamasına görə, dərman qrip virusunun bədəndə digər hüceyrələrə yayılmasının tam qarşısını alır. Həmçinin xəstəliyin yayılma riskini də azaldır.

Dərmanın gələn il kütləvi istehsal edilməsi gözlənilir./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
411 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti