Xəzər Xəbər

Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə növbəti yük qatarını göndərib

Cəmiyyət | 15:49 • 13 Fevral 2018
Qazaxıstan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə növbəti yük qatarını göndərib

Qazaxıstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsilə Türkiyəyə növbəti yük qatarını göndərib.


AZƏRTAC "Kazinform” agentliyinə istinadla xəbər verir ki, 1,5 min ton buğda 72 konteynerlə Qazaxıstanın Kustanay stansiyasından Türkiyənin Mersin limanına yola salınıb.


Bildirilib ki, BTQ vasitəsilə gələcəkdə Türkiyəyə mərci, noxud və digər bitkilərin göndərilməsi nəzərdə tutulub.


Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabr ayında fəaliyyətə başlayıb. Rəsmi açılış mərasimi oktyabrın 30-da keçirilib.


Xəbər lenti