Bu gün Bakıda və Abşeron
yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir
yağış yağacağı gözlənilir, gecə və axşam bəzi yerlərdə sulu qara
keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən
XəzərXəbər-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5, Bakıda
gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi
771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın
rayonlarında isə arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar
yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir
güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək
isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə
şaxta olacağı gözlənilir.