Xəzər Xəbər

Hamilələrin nəzərinə: bu meyvələri yeməyin

Cəmiyyət | 16:07 • 12 Yanvar 2018
Hamilələrin nəzərinə:

Hamiləlik müddəti olduqca məsuliyyətli bir dövrdür. Bu dövrdə xanımlar qidalanmaya xüsusi diqqət etməlidirlər. Bəs hamiləlik dövründə hansı qidaları yemək olar və ya olmaz?

XəzərXəbər ailem.az-a istinadən bununla bağlı məşhur ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məsləhətlərini diqqətinizə çatdırır.

Həkim bəzi qida maddələrinin faydası və zərəri haqqında məlumat verərək deyib ki, hamilələr hər yediyinə xüsusi diqqət yetirməlidir: "Hamiləlik immun sisteminə təsir göstərir, sizin və körpənizin qidalanma ilə bağlı xəstəliklərə səbəb olan bakteriya və viruslara daha çox həssas olmasına səbəb olur. Hamiləlik dövründə qaçınılması lazım olan meyvələr var. Əgər siz hamiləsinizsə və ya hamiləlik planlaşdırırsınızsa, yetişməmiş papayadan istifadə etməyin. Yetişməmiş papayanın tərkibində uşaqlıq yığılmalarına səbəb olan lateks maddə var. Həmçinin də ananasdan qaçın. Çünki hamiləlikdə ananas yemək məsləhət deyil. Ona görə də ananasdan qaçınmaq lazımdır. Ananas uşaqlıq boynunun yumşalmasına səbəb olan bromelanla zəngindir. İlk trimesterdə uşaqlıq boynunun yumşalması təhlükəsinə görə istifadə olunmamalıdır".

T. Canbaxışov bildirir ki, bəzi mütəxəssislər hamiləlik dövründə üzümdən istifadəni də məsləhət görmür: "Bir çox ekspertlər bunu üzümün üzərinə böcəklər yeməməsi üçün kimyəvi maddənin vurulması ilə izah edirlər. Hamilə qadın üçün bu kimyəvi maddə toksikdir. Hamilə qadınlar yuyulmamış və pasterizə olunmamış meyvələrdən istifadə etməməlidir. Hamiləlik zamanı qida gigiyenası toksoplazma infeksiyasından qorunmağa kömək olur. Bundan qorunmağın bir neçə yolu var. Meyvə və tərəvəzləri yeməzdən və ya hazırlamazdan əvvəl yaxşı yuyun, xüsusilə Cantaloupe, yemiş kimi meyvələri. Balaca meyvə fırçası ilə meyvənin səthindəki çirki təmizləyin. Meyvələrdə bakteriyaların inkişaf edə biləcəyi zədələnmiş sahələri kəsib atın".

Ginekoloq xəbərdarlıq edir ki, məişətdə təmizlik edərkən yuyucu vasitələrin istifadəsinə də xüsusi diqqət yetirmək lazımdı: "Sabun, yuyucu vasitələr, ya da ağardıcıdan istifadə etməyin".

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti