Xəzər Xəbər

Hansı çörək daha xeyirlidir?

Cəmiyyət | 10:42 • 11 Yanvar 2018
Hansı çörək daha xeyirlidir?

Çörək gündəlik qida rasionumuzun əsasını təşkil edir. Demək olar ki, süfrələrimizdən ağ çörəyimiz əksik olmur. Amma buna baxmayaraq həmişə, "ağ çörək, yoxsa qara çörək daha xeyirlidir", - deyə müzakirələr gedir. Ümumiyyətlə, çörəyi rasionumuzdan çıxarmalıyıqmı? Son illər bu məsələ bir qədər də aktuallaşıb. Hər kəs öz bildiyi tərzdə çörək seçimi edir. Mütəxəsisslərin bəziləri hər yemək vaxtı fərqli tərkibli çörək yeyilməsinin daha faydalı olduğunu iddia edirlər. Amma bunun əksini düşünənlər də az deyil.

İslam tibbində orqanizmə hansı çörəklərin daha xeyirli olması ilə bağlı məsumlardan gələn bəzi hədislər də var.

İslam Peyğəmbəri buyurub ki, çörək ən yaxşı təamımızdır. Peyğəmbərin xanımı bildirir ki, Allahın Rəsulu dünyadan köçənə qədər, ancaq arpa çörəyi yeyib. Bu barədə İmam Rza (ə) da bildirib ki, "bütün peyğəmbərlər arpa çörəyi yeyən şəxslər üçün dua etmiş, bərəkətli olmasını diləmişlər. Arpa çörəyi daxil olduğu qarından bütün xəstəlikləri çıxardır..."

İmam Sadiq (ə) isə buyurub ki, "qarın xəstəliyi olan şəxsə düyü çörəyi yedizdirin. Belə bir şəxsin qarnına düyü çörəyindən xeyirli bir şey daxil olmayıb. O, mədəni yuyur və xəstəlikləri bədəndən qovur. Darı çörəyində isə heç bir ağırlıq yoxdur, yüngül çörəkdir. Südlə yeyildikdə mədə üçün daha yumşaq, daha faydalıdır." İmam Rza (ə) isə vərəmli xəstələrə düyü çörəyindən xeyirli bir qidanın olmadığınıbuyurub.

FaktXəbər olaraq qida rasionumuzda istifadə etdiyimiz çörəklər barədə məlumat vermək istəyirik.

Buğda çörəyi

Mütəxəssislərə görə, əlavə qatqısı olmayan buğda unundan hazırlanmış tam buğda çörəyi sağlamaq qidalar sırasındadır. Digər çörəklərdən fərqli olaraq vitaminlə zəngindir. Tərkibinə görə, mədədə toxluq hissini tez yaradır və ağ çörəkdən daha az kaloriyə sahibdir. Eyni zamanda, qan şəkərini balanslaşdıran xüsusiyyətə malikdir.

Qida dəyəri

100 qram (4 dilim çörək)

Enerji: 265 kkal Lif: 1.43 qr

Karbohidrat: 54.8 qr Fosfor: 208.15 mg

Zülal: 8.4 qr Kalsium: 19.94 mg

Yağlılıq: 1.64 qr Folikasit: 0.48

B12: 0.39 mg B2: 0.22 mg

Çovdar çörəyi

Buğda və çovdar unundan qarışdırılaraq bişirilən bu çörək taxıllı çörəklər içində ən tünd rəngli, ən çox həll olunan lif tərkibli və ən doyurucu təsirə malik çörəkdir. İnsulin müqavimətini və diabet riskini azaldan xüsusiyyətə sahibdir.

Qida dəyəri

100 qram (4 dilim çörək)

Enerji: 224 kkal

Sink: 46 mg

Zülal: 8.63 qr

Pəhriz lifi: 4.43 mg

Yağlılıq: 0.45 qr

Kalsium: 78.5 mg

Dəmir: 2.8 mg

Yulaflı çörək

Yulaf hazırda ən "dəbli” dənli bitkilərdəndir. Demək olar ki, hər kəs yulaf kəpəyindən müxtəlif cür şirniyyatlar hazırlayır. Beləliklə, həm sağlıqlı, həm də ki, dadlı yeyəcəklər alınır. Çörəkdə də eyni təsirə malik olan yulaf, tez həll olunan lifləri sayəsində ürək sağlamlığı üçün faydalıdır. Həm də bildiyiniz kimi, yulaf ən yaxşı pəhriz qidasıdır.

Kəpək çörəyi

Tam buğda unu ilə kəpəyin qarışığından alınan bu çörək heç də bilindiyi kimi xeyirli deyil. Bu çörək orqanizmimizdə bəzi lazımlı mineralların işləməməsinə səbəb olur.

Qida dəyəri

100 qram (4 dilim çörək)

Enerji: 220 kkal

Sink: 42 mg

Zülal: 8.6 qr

Pəhriz lifi: 7.66 qr

Yağlılıq: 2.01 qr

Dənli çörək

Buğda unu, tam buğda unu və bunların qarışımına qarğıdalı, yulaf, arpa, çovdar, düyü, darı kimi dənli bitkilərin əlavə olunması ilə alınan çörəkdir. Tam dənli çörək həzm problemlərinə, ürək-damar xəstəliklərinə yaxşı təsir edən sağlıqlı çörək növlərindən biridir.

Xəbər lenti