Xəzər Xəbər

Sürücülərə verilən vaxt başa çatdı Reydlər başlayır

Cəmiyyət | 09:58 • 15 Noyabr 2017
Sürücülərə verilən vaxt başa çatdı

Bu gün Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə jalüz və pərdələrin istifadəsinə verilən icazə müddəti başa çatıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov XəzərXəbər-ə bildirib ki, noyabrın 16-dan etibarən yol polisi qanunla quraşdırılması qadağan edilmiş pərdə, plyonka və jalüzlərdən istifadə edən avtomobil sahibləri və sürücülərə qarşı reydlərə başlayacaq.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin 15 aprel 2013-cü il tarixli əmri ilə «Yerüstü nəqliyyat vasitələrin təhlükəsizlik şüşəsi, ümumi texniki şərtlər» dövlət standartına dəyişiklik edilib.

Əmrə əsasən, Azərbaycanda iqlim şəraiti nəzərə alınaraq hər il mayın 1-dən noyabrın 15-dək avtomobillərdə arxa yan şüşələrdə sənaye üsulu ilə hazırlanmış jalüz pərdələrin istifadəsinə icazə verilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
429 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti