Xəzər Xəbər

Texniki baxışdan keçməyən avtobuslar xətdən kənarlaşdırılır

Cəmiyyət | 18:02 • 14 Noyabr 2017
Texniki baxışdan keçməyən avtobuslar xətdən kənarlaşdırılır

Bakıda sərnişindaşımada iştirak edən müəyyən sayda avtobuslar hələ də texniki baxışdan keçməyib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, həmin avtobusları aşkar edib sürücüləri barəsində tənbeh tədbirlərinin seçilməsi üçün son dayanacaqlarda avtobuslara baxış keçirilir:

"Əgər sərnişindaşımada iştirak edən avtobusların texniki baxışdan keçməməsi aşkarlanırsa, sürücü barəsində tədbirlər görülür. Təkcə dünən son dayanacaqda dörd sərnişin avtobusu texniki baxışdan keçmədiyinə görə yol hərtəkətindən uzaqlaşdırılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə sanksiyası tətbiq edilib”.

Bölmə rəisi bildirib ki, bu istiqamətdə işlər davam etdirilir və nəzarət daha da gücləndirilib: "Nəinki texniki baxışdan keçməyən avtobuslar, digər yük avtomobillərinin sahibləri də nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti