Xəzər Xəbər

Bu gecə internet olmayacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 17:02 • 14 Noyabr 2017
Bu gecə internet olmayacaq

Bu gecə internet təminatında fasilələr yarana bilər.

"Bakı Telefon Rabitəsi" MMC-dən XəzərXəbər-ə verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

Xəbər lenti