Nibirunun təsiri barədə yeni proqnozlar ayrıca olaraq İks planetinə həsr edilmiş Planetxnews.com saytında Yer kürəsində vulkan püskürmələrinin sayının kəskin artması barədə xəbərin ardınca gəlib.
Nibiru araşdırmaçılarının sözlərinə görə, kataklizmlərin artması məhz Qara Ulduzun Yer kürəsi ilə qarşılıqlı təsirinin nəticəsidir.
Nibiru planetini araşdıran yazıçı Terral Kroft "Exspress” qəzetinə müsahibəsində bildirib ki, "qlobal vulkanik aktivliyin pik nöqtəsi noyabrın son iki həftəsinə təsadüf edəcək və dekabrın əvvəllərinə qədər sürəcək”. O həmçinin qlobal kataklizmin dəqiq tarixini də açıqlayıb: 19 noyabr 2017-ci il. Onun izahına görə, məhz həmin tarixdə Yer kürəsi Nibiru planetinə nəzərən Günəşin arxasından keçəcək.
Tədqiqatçıların bildirdiyinə görə, Nibiru qəhvəyi rəngli cırtdan, yarımulduz obyektdir. Yarandığı zaman ulduza, yəni ayrıca günəşə də çevrilə bilərdi, amma proses başa çatmayıb.
NASA isə Nibirunu mistik, uydurulmuş obyekt hesab edir və bildirir ki, belə bir planetin mövcudluğu barədə heç bir dəlil-sübut yoxdur. (Bizimyol.biz)