Xəzər Xəbər

“Qulaqcıqlar piyadaların ölüm səbəbidir” – Yol polisindən SOS

Cəmiyyət | 14:36 • 14 Noyabr 2017
“Qulaqcıqlar piyadaların ölüm səbəbidir”

"Bu il ərzində yol nəqliyyat hadisələrinin sayı azalıb. Lakin piyadaların vurulması ümumi hadisələrin 67 faizini təşkil edir ki, bu da ciddi rəqəmdir”.

Bu barədə Bakı şəhər Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bir vaxtlar sürət həddinin aşılması ilə bağlı hadisələr ümumi hadisələrin 52-54 faizini təşkil edirdi. İndi isə bu 37 faizə enib, əskinə piyadaların vurulması hadisələrin sayı artıb:

"Hazırda yol nəqliyyat hadisələrində əsas problem sürücü-piyada münasibətlərilə bağlıdır. Piyadaların vurulması çox ciddi narahatlıq yaradır. Baxmayaraq ki, ümumi yol nəqliyyat hadisələrinin sayında bütün göstəricilərə görə azalma müşahidə edirik. Lakin sürücü-piyada münasibətlərində hələ də, narazılıq var. Sürücülər tərəfindən problem demək olar ki, həllini tapıb. Aparılan təbliğat işləri, yeni texnologiyaların tətbiqi kimi işlər müsbət göstəricilər əldə etməyə imkan yaratdı. Lakin piyadalardan qaynaqlanan problem gündəmdədir. Bununla bağlı yetərincə təbliğat işi aparılmalıdır. Piyadaların vurulması əsasən piyada keçidləri yaxınlığında olur. 80-ə yaxın yeraltı-yerüstü piyada keçidlərinin istifadəyə verilməsinə baxmayaraq təəssüf ki, onlardan düzgün istifadə edilmir. Nəticədə bu cür hadisələr baş verir”.

V.Əsədov bildirib ki, piyadaların keçidə qədər getməyə tənbəllik etməsi, ya da yol keçərkən qulaqcıqlardan istifadə edilməsi, yol nəqliyyat hadisələrinin baş verməsi səbəblərindəndir:

"Həmçinin piyada və avtomobil yollarının kəsişməsində keçmə növbəliliyində nisbətən piyadalar tələblərə tam uyğun hərəkət etmir, yolu bir-bir və ya diqqətsiz keçdiyindən pik saatlarda sıxlıq yaşanır. Əməkdaşlarımız piyada-avtomobil zolaqlarının kəsişdiyi ərazidə yolun hər iki tərəfində xidmət aparmaq məcburiyyətində qalır. Piyadalar ilk növbədə öz təhlükəsizliyini təmin etmək üçün qanunun tələblərinə əməl etməlidirlər”./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
504 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti