"Sabahdan etibarən ölkə üzrə istilik sistemi təchizatına başlanılacaq”.
Bu barədə "Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.
Qurum rəsmisi bildirib ki, "Azəristiliktəchizat" ASC istilik təsərrüfatlarında 2017-2018-ci illər üzrə istilik mövsümünə hazırlıq tədbirləri yekunlaşıb.
"Artıq
bütün avadanlıqlar istismara hazır vəziyyətə gətirlib. Sabahdan
etibarən ASC-yə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış
binası, o cümlədən 180,0 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq
bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və
təsərrüfat obyektlərinin istiliklə təmin ediləcək. Bununla əlaqədar
olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və
istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub,
qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla
təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının
dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və
məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib
və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək
yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin
edilib”.
Qeyd edək ki, istilik mövsümü 152 gün, yəni noyabrın 15-dən aprelin 15-ə kimi, 5 ay müəyyənləşdirilib./azvision.az