Xəzər Xəbər

Magistrlər də güzəştli kreditlər ala biləcəklər

Cəmiyyət | 09:59 • 14 Noyabr 2017
Magistrlər də güzəştli kreditlər ala biləcəklər

"Maarifçi" Tələbə Kredit Fondu gələcəkdə magistr pilləsində təhsil alanlara güzəştli kreditlər verməyi planlaşdırır.

Fonddan Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, fond gələcəkdə magistr pilləsi eyni zamanda, fərqli istiqamətlər üzrə kreditlərin təqdim olunmasını planlaşdırır. Kredit növləri və şərtləri isə hələlik müəyyənləşdirilməyib.

Fonddan qeyd edilib ki, hazırda təhsil haqqı üçün müraciətlərin üstünlük təşkil etdiyini nəzərə alaraq, kreditlərin bu istiqamətdə verilməsinə daha çox diqqət ayırıblar. Növbəti illərdən tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar, araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlər təqdim etməyi nəzərdə tuturlar.

Fonddan qeyd edilib ki, bu ildən başlayaraq, aztəminatlı ailələrdən olan tələbələrə təhsil haqqı üzrə faizsiz təhsil kreditləri təqdim etməyə başlayıblar. 11 sentyabr – 13 oktyabr 2017-ci il tarixli elan sessiyasında faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrə təqdim olunub. Seçim meyarlarına uyğun olan tələbələrlə 41 təhsil krediti müqaviləsi imzalanıb.

Xatırladaq ki, "Maarifçi" Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın dövlət ali təhsil müəssisələri tərəfindən təsis edilib.

Hazırda Fondun kreditləri yalnız təhsil ilə bağlı xərcləri qarşılamaq üçün nəzərdə tutulub. Kredit tələbəyə nağd və ya bank transferi formasında təqdim olunmur. Sadəcə olaraq, Fond tələbənin universitet qarşısında olan təhsil haqqı borcunu uzunmüddət ərzində ödənilməsini təmin edir.

Tələbə aldığı kreditə görə təhsil aldığı müddət ərzində və məzun olduqdan sonrakı güzəşt müddəti ərzində hər hansı bir faiz və ya əsas məbləğ ödənişi həyata keçirmir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti