Xəzər Xəbər

Azərbaycanlı alimə Oxford Akademik Birliyinin fəxri professoru adı verildi

Cəmiyyət | 17:19 • 13 Noyabr 2017
Azərbaycanlı alimə Oxford Akademik Birliyinin fəxri professoru adı verildi

Hər il Böyük Britaniyada xüsusi təmtəraqla keçirilən "2017 Liderlər Sammiti”nə azərbaycanlı alim Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev də dəvət edilib. Bu ilin dekabrın 20-21-də təşkil olunacaq sammitdə 48 ölkədən görkəmli alimlər, iş adamları və siyasətçilər iştirak edəcək.

Sammitin təşkilat kommitəsi eyni zamanda həmyerlimiz professor Fəqan Əliyevin Oxford Akademik Birliyinin fəxri professoru adına da layiq görüldüyünü bəyan edib.

Hal-hazırda prof. Fəqan Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ekologiya" kafedrasının müdiridir. O, Rusiya Memarlıq və İnşaat Akademiyasının, Beynəlxalq ABOK Assosiasiyasının (Rusiya) üzvü, İslam Azad Universitetinin (İran) fəxri professoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının (ABŞ) müşaviridir.

Fəqan Əliyev elmi və təşkilati fəaliyyətinə görə akademik Y.Məmmədəliyev və V.Boguslavskinin medalları ilə təltif olunmuşdur.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti