Xəzər Xəbər

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu təkmilləşir

Cəmiyyət | 11:45 • 13 Noyabr 2017
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu təkmilləşir

Sənaye müəssisələrinin paytaxtın mərkəzindən köçürülməsi ilə bağlı Dövlət Proqramına uyğun olaraq Bulvar ərazisində yerləşən "Paris Kommunası” və "Zaqfederasiya" kimi tanınan gəmi təmiri zavodları sökülmüş, Zığ şosesi yaxınlığında hazırda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturu olan "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu inşa edilib.

Xəzər Dəniz Gəmiçiliyindən XəzərXəbər-ə verilən xəbərə görə, zavodun təkmilləşdirilməsi işi bu gün də sürətlə davam edir. Belə ki, burada yeni sahə və sexlər tikilib. Zavodda beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar quraşdırılıb, eyni zamanda müəssisədə çalışanların iş şəraiti yaxşılaşdırılıb. Zavod ərazisində sahəsi 3978 m2 olan yeni Gövdə-qaynaq və mexaniki sexlər tikilib. Burada yeni 2 ədəd 10 tonluq, 2 ədəd 20 tonluq körpülü kranlar, 2 ədəd elektrik mühərrikli araba, Torna karusel, Mərkəzi emal və isgənə dəzgahları quraşdırılıb.



Eyni zamanda, həmin sexdə ikimərtəbəli inzibati məişət bloku yaradılıb. Zavoddakı yeniliklərin siyahısı bununla bitmir. Müəssisənin əvvəllər tullantıların toplandığı ərazisində uzunluqları müvafiq olaraq 400, 120, 130, 63 metr olan 1, 2, 3 və 4 saylı dənizkənarı yanalma körpüləri, üzərində kranaltı yollar tikilib. Portal və stasionar kranlar və 2 ədəd şpil quraşdırılıb. Yeni tikilən obyektlərin ətrafı abadlaşdırılıb. Sahəsi 1971 m2 olan Təmir sexi və kompressor binası da təzə inşa olunub.



1 ədəd 10 tonluq körpülü kran, 3 ədəd hava kompressoru yeni alınaraq quraşdırılıb. Qeyd edək ki, kompressorlar yeni inşa olunmuş sahələri, yanalma körpülərini və "Neptun” üzən tərsanəni sıxılmış hava ilə təmin edəcək gücə malikdir. Həmçinin yeni Qazanxana binası müəssisənin istilik təchizatını və isti su tələbatını ödəyə bilən 2 ədəd istilik qazanı ilə təmin edilib. Zavodun ərazisindəki Yarımstansiya binası da yeni tikililərdəndir. Burada təzə 2 ədəd 1000 kVA gücünə malik transformator, yüksək və aşağı gərginlikli açarlar və 1000 kVA dizel generator quraşdırılıb.



Yeni tikilən obyektlərin hamısı beynəlxalq ekologiya tələblərinə və təhlükəsizlik normalarına cavab verir. Burda personalın təhlükəsiz işi üçün lazımi şərait yaradılıb. Ərazidə sahil işıqlandırma, yanğından mühafizə sistemləri, təhlükəszilik kameraları quraşdırılıb. Zavodda işçilərin sağlamlığını təmin etmək üçün əməyin mühafizəsi qaydalarını əks etdirən löhvələr yerləşdirilib.



Qeyd edək ki, bölmə və sahələrdə quraşdırılan yeni avadanlıqlar Türkiyə, Rusiya, Belarus, İsveçin tanınmış brendlərinə məxsusdur. Zavod ərazisində həmçinin müasir standrtlara cavab verən yeni yeməkxana, məişət binaları, işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançası da tikilib. Bütün bu yeniliklər isə zavodun ümumi fəaliyyətini daha effektiv etməyə, gəmilərin təmir prosesini sürətləndirməyə və keyfiyyətin artırılmasına xidmət göstərir.

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti