Bu gün Bakıda və Abşeron
yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda
gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer
təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Noyabrın 13-də Azərbaycanın rayonlarında hava
şəraiti əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə duman, şərq
rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda
3-8° isti, gündüz 9-14° isti olacağı gözlənilir.