Xəzər Xəbər

Ədəbi dil pozuntularına qarşı cərimələr hüquqi şəxslərə tətbiq olunmalıdır - Dilçilik İnstitutu

Cəmiyyət | 15:56 • 13 Oktyabr 2017
Ədəbi dil pozuntularına qarşı cərimələr hüquqi şəxslərə tətbiq olunmalıdır -

"Ədəbi dil pozuntularına qarşı tətbiq ediləcək cərimələrin miqdarı müəyyənləşdirilir”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva deyib.

 

O bildirib ki, cərimələr layihə şəklində müəyyən edildikdən sonra AMEA Rəyasət Heyətinin iclasında müzakirə ediləcək və müzakirənin nəticəsinə uyğun olaraq təsdiqlənməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunacaq.

 

Şöbə müdiri qeyd edib ki, cərimələrin əsasən hüquqi şəxslərə şamil olunması nəzərdə tutulur: "Tutaq ki, küçədə və ya ictimai nəqliyyatda iki nəfər ləhcə ilə danışırsa, onlar cərimə oluna bilməz. Məişət şəraitində fiziki şəxslərdən ədəbi dil qaydalarına riayət etmələri tələb oluna bilməz. Cərimələr əsasən televiziya-radio proqramları, reklam çarxları, reklam lövhələrindəki dil pozuntularına qarşı tətbiq ediləcək. Hesab edirik ki, cərimələrin tətbiqi ümumi işin faydasına olacaq”.

 

Qeyd edək ki, bir müddət əvvəl ədəbi dil normalarının pozulmasının qarşısını almaq üçün cərimələrin tətbiq edilməsi təklif edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti