Xəzər Xəbər

Şamaxı Rəsədxanasında 10 şöbə müdirinin yeri boşdur İşçi AXTARILIR

Cəmiyyət | 13:25 • 11 Oktyabr 2017
Şamaxı Rəsədxanasında 10 şöbə müdirinin yeri boşdur

AMEA-nın N.Tusi adına Şamaxı Astofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.

AMEA-dan XəzərXəbər-ə verilən məlumata görə, 10 şöbənin müdiri vəzifəsi vacant vəzifə kimi təqdim edilib.

Belə ki, Rəsədxananın Kosmik plazma və Heliogeofiziki problemlər, Ulduz atmosferləri fizikası və maqnetizm, Qoşa ulduzlar və eruptiv proseslər, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri, Nəzəri astrofizika və kosmologiya, Planetlər və kiçik səma cismləri, Astronomik cihazlar və innovativ texnologiyalar, İnformasiya, kommunikasiya texnologiyaları və təşkilat, İctimaiyyətlə əlaqələr və Təhsil şöbələrinin müdiri vəzifələri vakansiyaya çıxarılıb.

Müsabiqədə ali təhsilli, fəlsəfə və ya elmlər doktorluğu elmi dərəcəsi olan şəxslər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc olunan gündən etibarən 1 ay müddətində təqdim olunmalıdır.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
405 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti