Xəzər Xəbər

Zəhərlənmə STATİSTİKASI - dəm qazı, sirkə turşusu, ilan, əqrəb sancmaları...

Cəmiyyət | 11:12 • 11 Oktyabr 2017
Zəhərlənmə STATİSTİKASI -

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə dəm qazı ilə zəhərlənmə və ilan sancmalarına görə müraciət edənlərin sayı azalıb.

Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ötən ilin yanvar-sentyabr aylarında dəm qazından zəhərlənmə ilə əlaqədar xəstəxanaya 300-dən çox, ilan sancmalarına görə isə 90-a yaxın şəxs müraciət etmişdi: "Bu ilin yanvar-sentyabr aylarında isə xəstəxanaya dəm qazından zəhərlənmə ilə bağlı 273, ilan sancmaları ilə bağlı 76 nəfər müraciət edib. Dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin 20-si azyaşlı olub. Müraciət edənlər daha çox 25-40 yaşlı və yaşı 55-dən çox olan şəxslər olub. Bu il xəstəxanaya dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olanlar arasında ölüm halı baş verməyib.

A.Maqsudov qeyd edib ki, qeyd edilən müddətdə 11 nəfər qaraqurd, 14 nəfər əqrəb sancması, 54 nəfər sirkə turşusundan zəhərlənmə ilə əlaqədar xəstəxanaya daxil olub: "Sirkə turşusu içənlərdən 1-i dünyasını dəyişib. Ümumilikdə, sirkə turşusu içənlər arasında 30-50 yaşlı qadınlar üstünlük təşkil edir".

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 2234 nəfər kimyəvi zəhərlənməyə məruz qalıb, 57 nəfər isə kimyəvi zəhərlənmədən dünyasını dəyişib. Yalnız sirkə turşusu içməklə 2016-cı ildə 253 nəfər nəfər özünü zəhərləyib. Ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 893 nəfəri, yəni 40 faizi bunu özünə sui-qəsd etmək məqsədilə edib. Həmin xəstələrin çoxu qadınlar, xüsusilə cavan qadınlar olub. Qadınlar dərman və sirkə turşusu içməklə özlərinə sui-qəsd etmək istəyiblər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
526 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti