Xəzər Xəbər

Süni uşaq qidalarını reklam edənlər cərimələnəcək

Cəmiyyət | 09:29 • 11 Oktyabr 2017
Süni uşaq qidalarını reklam edənlər cərimələnəcək

Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə edilir.

Məcəllənin hazırkı variantına görə, süni qida məhsullarının satışını artırmaq məqsədi ilə tibb işçilərinin və onların ailə üzvlərinin bu və ya digər formada həvəsləndirilməsinə görə cərimələr tətbiq edilir. Bu hala görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimələnirlər.

Məcəlləyə təklif edilən dəyişiklik layihəsinə görə, bu cərimə həm də körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə tətbiq ediləcək.

Xəbər lenti