Xəzər Xəbər

Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

Cəmiyyət | 14:31 • 10 Oktyabr 2017
Sinoptiklərdən xəbərdarlıq:

Sinoptiklər Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-dən 13-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, oktyabrın 11-12-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi və yağışlı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Xəbər lenti