Xəzər Xəbər

Bu il 6 uşaq xarici vətəndaşlara övladlığa verilib

Cəmiyyət | 14:04 • 10 Oktyabr 2017
Bu il 6 uşaq xarici vətəndaşlara övladlığa verilib

"Bu ilin ötən dövrü ərzində Azərbaycanda 6 ölkələrarası övladlığa götürmə prosesi həyata keçirilib”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov bildirib.

O bildirib ki, 2017-ci ilin 9 ayı ərzində komitə 6 uşağı ölkələrarası övladlığa götürmə prosesi ilə xarici ölkə vətəndaşlarına verib: "Uşaqları övladlığa götürən şəxslərdən 3-ü Rusiya, 1-i Gürcüstan, 1-i Almanya, 1-i Türkiyə vətəndaşı olub. Övladlığa götürən xarici vətəndaşların çoxu azərbaycanlılar olur. Almaniya vətəndaşı olan şəxs öz azərbaycanlı xanımının uşağını övladlığa götürüb”.

Komitə rəsmisi xatırladıb ki, xarici vətəndaşların Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürməsi məsələsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzarət edir: "Bu günə kimi komitənin rəyi ilə övladlığa verilən uşaqlar arasında geri qaytarılma halı olmayıb”.

S.Məmmədovun sözlərinə görə, övladlığa götürməklə bağlı müraciət edənlər daha çox azyaşlı uşaqlar istəyirlər: "Müraciət edənlər 3-5 yaşa qədər olan uşaqlara üstünlük verirlər. Xarici vətəndaşlar çox vaxt uşağın cinsinə o qədər də önəm vermirlər, qız da, oğlan da ola bilər”.

O bildirib ki, ölkə qanunvericiliyinə uyğun olaraq övladlığa götürən şəxslər 3 il ərzində 6 aydan bir Azərbaycan tərəfinə uşağın təhsili, inkişafı, sosial mühitə uyğunlaşması ilə bağlı hesabat təqdim edir: "Həmin hesabata 15 dəqiqəlik videoyazı və şəkillər də əlavə olunur. Üç ildən sonrakı müddətdə isə bu proses könüllüdür”. (report)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti