Xəzər Xəbər

Yarmarkaya gətirilən 22 ton bal saxta çıxdı

Cəmiyyət | 13:58 • 10 Oktyabr 2017
Yarmarkaya gətirilən 22 ton bal saxta çıxdı

"Ötən il baş tutan yarmarka ilə müqayisədə bu il həm iştirakçıların sayı, həm də satışa çıxarılan məhsulun həcmi çoxdur”.

XəzərXəbər xəbər evrir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib. Onun sözlərinə görə, bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb: " Yarmarkaya 107,5 ton süzülmüş bal, 5,5 ton şanı balı, 1200 tona yaxın digər arıçılıq məhsulları çıxarılıb. Halbuki, ötən il 75 ton süzülmüş bal çıxarılmışdı”.

Nazir müavini əlavə edib ki, ötən il olduğu kimi, bu il də üstünlük Lənkəran zonasındadır: "Belə ki, bu regionu 107 nəfər təmsil edir. Eyni zamanda, Şəki-Zaqatala regionundan 76 nəfər, Gəncə-Qazax zonasından isə 60 nəfər qatılıb”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, yarmarkaya çıxarılan məhsullara qarşı ciddi nəzarət tədbirləri həyata keçirilib: "Bütün məhsullardan nümunələr götürülərək respublika laboratoriyasına göndərilib. Söhbət təxminən 3400 nümunədən gedir. 509 nümunə standartların tələblərinə cavab vermədiyinə görə, satışdan kənarlaşdırılıb ki, bu da 22,5 ton bal deməkdir”.

Xəbər lenti