Qoç - Aktual məsələlərin həlli,
peşəkar fəaliyyət və maliyyə sahəsində yaranmış problemlərin aradan
qaldırılması üçün günün ilk yarısı ən optimal zamandır. Çoxdan
başladığınız işi tələsmədən, amma məntiqli şəkildə başa vursanız, yaxşı
nəticələr əldə edəcəksiniz.
Günün ikinci yarısında çətinliklərin çözülməsinə yaradıcı yanaşma sizdə daxili harmoniya hissi, razılıq duyğuları yaradacaq.
Axşam saatlarınızı yaxınlarınızla birlikdə, mənalı istirahətə üstünlük verərək keçirin.
Buğa - Sağlam həyat tərzini seçin. Xarici görkəminizdə və
ümumiyyətlə, yaşamınızda nəyi dəyişəcəyinizə qərar verin. Aktiv olun,
intensiv fəaliyyət göstərin. Ötənlərdə özünü dəfələrlə doğrultmuş
metodları seçin.
Günün ikinci yarısında yazışmalarda və hesabatlarda sərvaxt olun. Məsləhətlərə qulaq asın. Təcrübə mübadiləsində xeyir var.
Yaxınlarınızdan biri yardım gözləyir. Planlarınızı pozmamaq şərtilə
həmin adama kömək edin. Az sonra başlanacaq hadisələrin heç olmazsa,
bəzilərini təxminləməyə can atın.
Əkizlər - İşgüzar təmaslarda diqqətli olun. Başqalarının məsləhətləri
ilə davranaraq maraqlarınızı qurban verməyin. Ən müxtəlif yaşda və
sosial durumda olan insanlarla dil tapmağa çalışın.
Günün ikinci yarısı intensiv ünsiyyət zamanıdır. Mobillik, çeviklik,
psixoloji mütəhərriklik xüsusi əhəmiyyət kəsb edəcək. Çalışdığınız
kollektivdə müəyyən gərgin anlar yaşana bilər.
İndiyədək çözə bilmədiyiniz mübahisəni axşam saatlarında asanlıqla həll edə bilərsiniz.
Xərçəng - Səhər saatlarında vurnuxma, işlərin sürətli artımı istisna
deyil. Anlaşılmazlıqlar və mübahisələrdə haqsızlığa rəvac verməyin.
Ədalətli olun. Emosional durumlarda soyuqqanlı davranın.
Günün ikinci yarısında yeni işə başlayanda təcrübə və ya məlumat
çatışmazlığı ilə qarşılaşa bilərsiniz. Harasa təcili yollanmaq zərurəti
yaranacaq. Dəyər verdiyiniz insanlarla münasibətlərdə hər şey normal
deyil. Bununla belə, situasiyanı həddən artıq dramatikləşdirməyin.
Şir - Təşəbbüskar olun. Bədxahları pərişan etməyin ən rahat yolu
onların dedi-qodularına, şayiələrinə fikir verməməkdir. Özünüzü,
maraqlarınızı düşünün. Yoxsul yox, varlı olmağa can atın. İnadkar və
zəhmətkeş fəaliyyət uğur vəd edir.
Günün ikinci yarısında böyük fiziki qüvvə və vaxt tələb edən iş olacaq.
Tələsməyin, bədbinliyə qapılmayın. Gərəkli nəticəni ən son anda əldə
edəcəksiniz. Yaxınlarınızla təmaslarda onlara psixoloji təzyiq
göstərməyin.
Axşam saatlarında normal istirahət edin.
Qız - Ətrafınızdakı situasiyanı tam anlamasanız da, tələsik qərarlar
verməyə tələsməyin. Situasiyadan asılı davranmayın. Hərəkətləriniz
xaotik, qarışıq, ziddiyyətli olmasın. Optimal strategiyanı düşünün,
işlək taktika seçin.
Günün ikinci yarısında soyuqqanlı olun. Kiçik problemlərə və maneələrə fikir verməyin. Səbrli olun, irəliləyişə can atın.
Yaxınlarınızdan birinin sözləri və əməlləri sizi narahat edə bilər. Yalan eşidəcəksiniz. Hər sözə aldanmayın.
Tərəzi - Hiperaktivlik etməyin, məzmununa bələd olmadığınız işlə
bağlı təşəbbüsə qapılmayın. Məlumatlar toplayın, müşahidə edin,
deyilənlərə qulaq asın. Müzakirələr və toplantılar üçün yaxşı zamandır.
Hansısa insana qəfil marağınız yarana bilər. Yeni layihə seçin.
Günün ikinci yarısında həmfikir olduğunuz insanla təmasları gücləndirin.
Əqrəb - Yaşananların məzmununu anlamağa çalışın. Onsuz da gərgin olan
əlaqələri ağırlaşdırmayın. Yeni ideyaları reallaşdırmağa tələsməyin.
Olaylarda yeni mərhələ, dönüş anı yaxınlaşır. Malik olduqlarınızı
araşdırın, təhlil edin.
Günün ikinci yarısında mövqeləriniz əvvəlki günlərlə müqayisədə səbatlı
deyil. Sınaqlardan keçməlisiniz. İmtinalar eşidəcəksiniz. Baş verməsi
çətin, müşkül saydığınız hadisə yaşanacaq.
Karyeranızda irəliləməyə çalışın, çünki belə davranış şəxsi münasibətlərinizə də təsir edəcək.
Axşam saatlarını yaxınlarınızla keçirin.
Oxatan - Günün ilk yarısında cəhdləriniz ən yaxşı effekti verəcək. Bu
və ya digər məsələnin çözüm sürəti zəhmətkeşliyinizdən, inadınızdan
asılıdır. Sizdən asılı olmayan amillərlə təmayülləri də unutmayın.
Günün ikinci yarısında dürüst taktikanın seçilməsi xüsusi əhəmiyyət kəsb
edəcək. Əhvalınız işgüzar prosesə xüsusi təsir edəcək. Kiçik səhvləri
gələcək fəaliyyətiniz üçün faydalı təcrübə sayın. Yaxınlarınız və
qohumlarınızla təmaslarda səbrli, təmkinli olun. Münaqişə situasiyası
yaratmayın.
Oğlaq - Günün ilk yarısından etibarən aktiv çalışın. Rəqiblərdən geri
qalmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə irəliləyin.
Tamamilə yeni sahədə tapşırıqlar və sifarişlər ala bilərsiniz.
Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə problemlər
yaranacaq. Anlaşılmazlıqları ağır müşküllərə çevirməyin. Karyeranıza
birbaşa təsir edə biləcək söhbət, müzakirə olacaq. Şəxsi həyatınızda
önəmli qərarları hələlik təxirə salın.
Axşam saatlarını evdən kənarda keçirin.
Dolça - Maddi məsələlərlə bağlı müəyyən problemlər yarana bilər.
Çevik və sayıq davranın. Maddi sahədə yeniliklər istisna deyil. Şübhəli
davranmayın. Yanlışlıqlar sizə ağrılı problemlər vəd etmir.
Günün ikinci yarısında işlərinizin səhmanda olmasına xüsusi fikir verin.
İşdə rəhbərlik dediklərinizi dinləyəcək. Həmkarlarla münasibətlərin
normal olmasına çalışın.
Axşam saatlarına yaxın yorğunluq hiss edə bilərsiniz. Enerji səviyyəniz aşağı düşəcək. Sakitlikdə istirahət edin.
Balıqlar - Maraqlandığınız işlərlə səhər saatlarından məşğul ola
bilərsiniz. Diqqətli və sayıq olun. Karyera müstəvisində uğurlar istisna
deyil. Yaradıcılıqla bağlı planlarınıza dəyişikliklər də mümkündür.
Günün ikinci yarısında bütün işləri müstəqil görməyə çalışın. Kənardan
yardım gözləməyin. Kollektiv fəaliyyətdə qıcıq, diskomfort istisna
deyil.
Axşam saatlarında şəxsi münasibətlərdə köhnə problemlər aktivləşə bilər. Sevdiyiniz insanla mühüm söhbətdən yayınmayın.
Milli.Az