Xəzər Xəbər

“Bilik günü” 35 dərəcə isti olacaq

Cəmiyyət | 13:09 • 14 Sentyabr 2017
“Bilik günü” 35 dərəcə isti olacaq

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

Xəbər lenti