Xəzər Xəbər

Şadlıq evlərində kütləvi ALDATMA - Canlı musiqidən imtina olunur

Cəmiyyət | 16:18 • 12 Sentyabr 2017
Şadlıq evlərində kütləvi ALDATMA -

Azərbaycan cəmiyyətində toyların xüsusi əhəmiyyət daşıdığını hər kəs bilir. Yeməyindən tutmuş seçilən musiqilərə qədər hər şey qonaqların diqqət mərkəzində olur. Buna görə də toyun mükəmməl keçməsini arzu edənlər az deyil. Hər halda,  heç kim dəvətlilərin narazı qalmağını istəməz.

Bu baxımdan son zamanlar toylarda müəyyən narazılıqlar ortaya çıxıb. Belə ki, restoranlarda fəaliyyət göstərən musiqiçilər və ya müğənnilər bir-iki canlı ifadan sonra qırağa çəkilir və onların yerini ya fonoqrama, ya da kasetlər alır. Artıq toylarda canlı musiqidən imtina halları müşahidə edilir.

Maraqlıdır, bu məsələdə əsas günahkar kimdir? Restoranlar, musiqiçi-müğənnilər yoxsa toy sahibləri?

Şənlik sahibləri şadlıq evləri ilə danışmalıdır 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, qeyd edilən mövzuda qarşılıqlı razılaşma olmalıdır:


"Bəzən insanlar restoranlara canlı musiqiyə qulaq asmaq üçün gedirlər. Lakin restoranların bundan imtina etdiyi müşahidə edilir. Xüsusilə belə hallar "Oazis” restoranında baş verir. Bu restoran istehlakçı hüquqlarının geniş pozulduğu və heç bir nəzarətin olmadığı yerdir. Düşünürəm ki, orada müəyyən monitorinqlər aparılmalıdır. Eləcə də musiqi məsələsi diqqətdə saxlanılmalıdır. Çünki orada əhaliyə göstərilən  xidmətin bir hissəsi guya musiqiyə qulaq asmaqla kompensasiya olunur. Bu məsələ digər restoranlarda da belədir. Ona görə də şənlik sahibləri, toy etmək istəyən şəxslər mütləq müğənni və ya şadlıq evləri ilə danışmalıdır ki, problemi yazılı şəkildə əsaslandıra bilsinlər. Yəni toyda musiqilərin canlı olacağını və ya başqa cür reallaşacağını müəyyən etməlidirlər. Təəssüf ki, bu məsələlər heç kim nəzarət etmir və istehlakçı hüquqları pozulur. Sifarişçi və icraçı arasında rəsmi müqavilə bağlanılmalıdır. Hər iki tərəfin imzası mümkün olduğu halda hüquqlar pozularsa, məhkəməyə müraciət etmək və müəyyən kompensasiyalar almaq olar”.

Şadlıq evləri vətəndaşlarla heç bir müqavilə bağlamır

E.Hüseynov qeyd edib ki, bununla bağlı yazılı olmasa da, şikayətini şifahi bildirənlər olur:

"Əgər rəsmi müqavilə yoxdursa, restoranlarda bu cür özbaşınalıq və aldadılma halları olacaq. Bununla bağlı bizə yazılı şikayət daxil olmasa da, telefonla əlaqə yaradıb şikayətlərini bildirənlər olur. Onlar toylarında canlı musiqi eşitmək istədikləri halda hüquqlarının pozulduqlarını ifadə edirlər. Lakin yazılı əsasları olmur. Ümumiyyətlə, şadlıq evləri vətəndaşlarla heç bir müqavilə bağlamır. Bu səbəbdən istehlakçı yazılı müraciət etsə də, müqavilə olmadığı üçün onların hüquqlarını qorumaq mümkün olmur.

Bilirsiniz ki, müğənnilər dövlətə vergi ödəyirlər. Əgər onlar şadlıq evi tərəfindən gətirilibsə, müqavilə sifarişçi ilə şadlıq evi arasında bağlanmalıdır. Amma  birbaşadırsa, o zaman müğənnilərlə sifarişçi arasında razılaşma olmalı və şərtlər göstərilməlidir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti