Xəzər Xəbər

Bakının daha iki parkında pulsuz `Wi-Fi` olacaq

Cəmiyyət | 15:12 • 12 Sentyabr 2017
Bakının daha iki parkında pulsuz `Wi-Fi` olacaq

"Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini "Dədə Qorqud" və "Nərimanov" parklarınadək genişləndirib.

XəzərXəbər-in məlumatına görə, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbədən bildirilib.

Məlumatda qeyd olunur ki, bu parklarda pulsuz İnternet yaxın zamanlarda aktiv olacaq.

Qeyd edək ki, Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun" və "Muğan" bağları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 500 mindən çox qoşulma qeydə alınıb.

Xəbər lenti