Xəzər Xəbər

Bu il Bakıda təcili yardıma 460 minə yaxın müraciət daxil olub

Cəmiyyət | 12:06 • 12 Sentyabr 2017
Bu il Bakıda təcili yardıma 460 minə yaxın müraciət daxil olub

Bu il təcili yardıma 460 minə yaxın müraciət daxil olub, 8500-dən uşaq xəstəxanalara yerləşdirilib

Bu ilin ilk 8 ayı ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) 455 900-dən artıq müraciət daxil olub. 

BŞTTTYS-nın baş həkiminin müavini İradə Əliyeva bu gün keçirilən mətbuat konfransında bildirib ki, təcili yardıma daxil olan müraciətlər əsasında 43070-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.

Onun sözlərinə görə, bu müddət ərzində uşaqlarla bağlı edilən çağırışların sayı 51600-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 8560-dan artıq olub: "Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1300 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 254230, ürək-qan damar xəstəlikləri ilə müraciətlərin sayı 50267, miokard infarktı ilə müraciətlərin sayı 577, insultla müraciətlərin sayı 2497, doğuşla bağlı müraciətlərin sayı 2087, zədələnmələrlə bağlı müraciətlərin sayı 14072 olub.

Təcili tibbi yardıma ehtiyacı olan 220 nəfərdən artıq yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər”.

Xəbər lenti