15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi paytaxtda yarana biləcək sıxlığın aradan qaldırılması illə bağlı tədbirlər görüb.
Qurumun mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi həmin gün səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatmasını təmin etmək üçün paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərə xüsusi göstəriş verilib.
Göstərişə əsasən, sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.