Xəzər Xəbər

Ev təmizləyərkən bunlara diqqət edin!

Cəmiyyət | 13:14 • 11 Sentyabr 2017
Ev təmizləyərkən

Ev təmizliyi qadınların ən çox maraqlandığı məsələlərdən biridir. Bəs haranı, necə təmizləmək lazımdır? XəzərXəbər ailem.az-a istinadən bununla bağlı sizə lazımlı məsləhətlər verir.

Yataq otağı üçün təmizlik məsləhətləri

- Yataq dəsti paltarlarınızdan ayrı yuyulmalıdır.

- Evdə kiçik uşaq və ya da ev heyvan varsa, yerləri həftədə 3 gün silmək lazımdır.

- Mebellərinizi təmizləmək üçün mikrofiber çitlərdən istifadə edin. Bu vasitə mebelinizdə cızıq yaranmasının qarşısını alar.

Vanna otağının təmizliyi

- Vanna otağı dolabçalarını və kafelləri yuyucu vasitə ilə təmizləyin

- Diş fırçalarınızı açıqda saxlamaq əvəzinə diş fırçası qabı istifadə edin

Mətbəx təmizliyi

- Evdə jaluzi istifadə edirsinizsə, ayda 1 dəfə təmizləməyiniz kifayətdir

- Sobanı təmizləməzdən 20 dəqiqə əvvəl isidin

- Mikrodalğalı sobanın təmizliyi üçün sodadan istifadə edin

Pərdə və xalça təmizliyi

- Pərdələri mütəmadi təmizləməyə ehtiyac yoxdur. İldə bir dəfə parça növünə görə paltaryuyan maşında yumağınız kifayətdir

- Xalçadakı çirki təmizləmək üçün xüsusi təmizləyicilərdən istifadə edin.

- Evdə heyvan saxlayırsınızsa, 6 ayda bir dərin təmizlik etməyi unutmayın

- Pəncərələrinizi günəşli bir gündə silməyin. Çünki gündə şüşəyə vurduğunuz təmizləmə şampunları çox sürətlə quruyur və ləkə buraxır.

Xəbər lenti