Xəzər Xəbər

36381 nəfər ali məktəbə qəbul olub Nəticələr açıqlandı

Cəmiyyət | 10:37 • 12 Avqust 2017
36381 nəfər ali məktəbə qəbul olub

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

DİM-dən XəzərXəbər-ə verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaq.

Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti