Azərbaycanda havaların həddən artıq isti keçməsi ilə əlaqədar ölkə ərazisindəki çaylarda quraqlığın yaranması gözlənilmir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
A.Verdiyev bildirib ki, son günlərdə ölkədə hava şəraitinin isti keçməsi
və buxarlanmanın olması çaylara, xüsusən də dağ çaylarına öz təsirini
göstərib: "Azərbaycanda
bu cür hallar olub, 2014-cü ildə, ondan əvvəllər də belə hadisələr
olub, ancaq artıq bu gün və sabah hava şəraitinin nisbətən yağıntılı
keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı gözlənilir”.
A.Verdiyev vurğulayıb ki, adətən isti yay aylarında çayların məcrasında
quraqlıq baş verir, lakin isti havaların ardınca yağışdan sonra çaylarda
sululuq bərpa olunur.
Qeyd edək ki, ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Trend-ə
verilən məlumata görə, avqustun 11-də Azərbaycanın bəzi dağlıq
ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.