Arıçılara subsidiyaların verilməsi başa çatır

15.11.2018 09:54

Dekabrın 15-dək arıçılara subsidiya verilməsi başa çatdırılacaq.

XəzərXəbər xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirinin müavini Seyfəddin Talıbov Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) sədrləri və Azərbaycan Arıçılar Assosiasiyasının (AAA) İdarə Heyətinin üzvləri ilə rayon sədrlərinin toplantısında açıqlayıb. O, qısa zaman ərzində arı ailələrinin sayının dəqiqləşdiriləcəyi, bu saya uyğun ştrix kodların sifariş olunacağı, dekabrın 15-ə qədər isə subsidiyanın veriləcəyi bildirilib.

Qeyd edək ki, arıçılara veriləcək maliyyə onların bank hesablarına köçürüləcək. Payız dövrü olduğu üçün ailədəki çərçivə sayı nəzərə alınmayacaq. Əsas şərt pətək içərisində arı iləsinin olmasıdır. Arıların sayılması DAİM əməkdaşları, yerli icra nümayəndələri və AAA üzvləri tərəfindən həyata keçiriləcək. AAA prosesdə ictimai nəzarət funksiyasını həyata keçirəcək.

Arıçılardan tələb olunur:
Ərizə ilə müraciət
Şəxsiyyət vəsiqəsinin sürəti və telefon nömrəsi
Bank rekvizitləri
Ştrix kodlar üçün ödədiyi pulun qəbzi

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR