"Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklər edilib

21.10.2018 09:20

Nazirlər Kabineti "Elektrik enerjisindən istifadə Qaydaları"na dəyişikliklər edib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

"Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərara alır:

3.2-ci bəndin ikinci cümləsində "layihə və tələb olunan həcmdə texniki təhviltəslim sənədlərini” sözləri "bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri” sözləri ilə əvəz edilsin; aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin: "Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir: enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; elektrik sayğacının quraşdırılması aktı”.

© xezerxeber.az


1562 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR