Dollar 40 faiz ucuzlaşacaq

17.10.2018 12:41

"1970-ci ildən Amerika valyutası 15 illik enmə və qalxma dövrünü təkrarlayır"

DOLLAR 40 FAİZ UCUZLAŞACAQ

ABŞ dolları 2024-cü ilə qədər avro qarşısında 40 faiz ucuzlaşacaq.

Belə bir proqnozla "A.G. Bisset Assoşeyts” valyuta proqramları menecmenti şirkətinin icraçı direktoru Ulf Lindal çıxış edib.

Onun sözlərinə görə, 1970-ci ildən Amerika valyutası 15 illik enmə və qalxma dövrünü təkrarlayır.

Ekspertin fikrincə, 5 ildən sonra 1 avro 2 dollara bərabər olacaq.

Bununla belə, USD/EUR nisbəti barədə proznoz verən bəzi analitiklər 2022-ci ilə qədər 1 avronun 1,28 dollar təşkil edəcəyi qənaətindədir. (report)

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR