Qeyri-OPEC ölkələrinin neft hasilatı artacaq

24.09.2018 12:25

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı 2023-cü ilədək gündəlik 66,1 milyon barrelə çatacaq.

Bu barədə OPEC-in 2018-ci il üzrə "World Oil Outlook” hesabatında deyilir.

Hesabata görə, başda ABŞ olmaqla qeyri-OPEC ölkələrində xam neft istehsalının artması 2023-cü ilə qədər neft tələbatının azalmasına səbəb olacaq. Ötən il sutkada 51,7 milyon barrel neft hasil edən qeyri-OPEC ölkələri istehsalını 2023-cü ilədək gündəlik 66,1 milyon barrelə qədər artıracaq. Keçən il gündəlik 7,4 milyon barrel neft istehsal edən ABŞ isə 2023-cü ildə hasilatını 13,4 milyon barrelə yüksəldəcək. (AZƏRTAC)

© xezerxeber.az


219 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR