Sərnişindaşıma xidmətlərinin qiymətləri 1,5 faiz ucuzlaşıb

22.07.2018 16:39

2018-ci ilin iyun ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri 1,5 faiz ucuzlaşıb. Yükdaşıma xidmətlərinin qiymətləri isə 1,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, ay ərzində poçt və kuryer, rabitə xidmətlərinin qiymətlərində dəyişiklik müşahidə olunmayıb.

© xezerxeber.az


144 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR