Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

OPEC ilə Rusiya yeni təşkilat yaradacaq

21.07.2018 12:29

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya neft bazarına dair birgə səylər artırmaq üçün 2019-cu il yanvarın 1-dən yeni təşkilat yaradacaq.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, Rusiya və OPEC yeni bir təşkilat yaradacaq və bu təşkilat gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq.

A.Novak, həmçinin zəruri hallarda 2018-ci ildən sonra neft hasilatının məhdudlaşdırılacağını da qeyd edib.

Qeyd edək ki, ötən ay OPEC kartelə üzv olmayan, lakin neft istehsalının azaldılmasına dair sazişdə təşkilata dəstək olan Rusiyaya OPEC-ə müşahidəçi qismində qoşulmağı təklif etmişdi.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

© xezerxeber.az


249 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR