Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Altı ayda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib

21.07.2018 13:47

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 2 milyard 67 milyon 966 min dollar, Türkiyə ilə 1 milyard 413 milyon 835 min dollar, Rusiya ilə isə 1 milyard 137 milyon 448 min dollar dəyərində olub.

Yanvar-iyun aylarında ixracda əsas ölkələrin siyahısına gəldikdə isə yenə ilk sırada İtaliya olmaqla, İsrail və Türkiyə qərarlaşıb. İtaliyaya ixrac 1 milyard 908 milyon 551 min dollar, İsrailə 710 milyon 169 min dollar, Türkiyəyə isə 652 milyon 446 min dollar dəyərindədir.

© xezerxeber.az


308 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR