Sabah Bakının bir hissəsində qaz olmayacaq - SİYAHI

17.07.2018 19:10

Sabah Xətai rayonunun əksər ərazilərində qaz olmayacaq.

"Azəriqaz” İstehsalat Birliyindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 18-də tarixdə saat 09:00-dan Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayevo, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov küçələrinin, Əhmədli kəndi və ətraf ərazilərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilə Mehmandarov küçəsində diametri 100 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi, Babək prospekti, 5-ci Rezervua küçəsində yeni çəkilmiş diametri 159 mm-lik qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması, Mehmandarov 66 ünvanında diametri 159 mm-lik siyirtmənin və Mehmandarov 18 ünvanında 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədardır.

Aparılan zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© xezerxeber.az


478 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR