Rusiyadan Azərbaycana pul köçürmələri artıb

20.06.2018 17:15

Rusiya Mərkəzi Bankı 2018-ci ilin ilk rübündə bu ölkədən xaricə edilən pul köçürmələrinin həcmi ilə bağlı məlumat dərc edib.
Xezerxeber.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hesabata əsasən, ilin ilk 3 ayında Rusiyadanb Azərbaycana 191 milyon dollar transfer olunub.
MDB ölkələri arasında pul köçürmələrinə görə, liderliyi Özbəkistan saxlayır. Bu ölkəyə 2018-ci ilin 3 ayında Rusiyadan 726 milyon dollar, Qırğızıstana 435 milyon dollar, Ermənistana 209 milyon dollara, Ukraynaya 158 milyon dollar, Qazaxıstana 143 milyon dollara, Moldovaya 109 milyon dollar, Belarusa 73 milyon dollar və Türkmənistana isə 200 min dollar pul transfer edilib.

© xezerxeber.az


517 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR