Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

"Uçot sistemi təkmilləşdirilsə, əmlak sığortası üzrə daxilolmalar 300 milyon manat arta bilər"

20.06.2018 10:42

"Azərbaycanda sığorta bazarının inkişafını təmin edəcək bütün şərtlər formalaşıb".

Bunu Bakıda keçirilən 6-cı Sığorta Konfransında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanda əmlak sığortasına maraq aşağı səviyyədədir. "Əgər Azərbaycanda uçot sistemi təkmilləşdirilsə, bizim hesablamalarımıza görə, əmlak sığortası üzrə əlavə olaraq 200-300 milyon manat yığıma nail olmaq olar. Qonşu ölkələrdə əvvəllər əmlak sığortası üzrə yığımlar ümumi yığımların 17 faizini, indi isə 20 faizini təşkil edir. Bütün bunlar uçot və statistikanın təkmilləşdirilməsi hesabına olub. Bizim də ən mühüm vəzifəmiz ölkədə uçot sisteminin daha da təkmilləşdirilməsinə nail olmaqdır. Bizim sığorta üzrə yığımlarımız da qonşu ölkələrlə müqayisədə yüksək olmalıdır. Sığorta şirkətlərini investisiya şirkətləri kimi qiymətləndirməliyik. Sığorta şirkətlərinin investisiya potensialı artırılmalıdır". (APA)

© xezerxeber.az


341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR