London məhkəməsi “Qazprom” aktivlərinin dondurulmasına icazə verib

20.06.2018 10:32

London kommersiya məhkəməsi Rusiyanın "Qazprom” şirkətinin Böyük Britaniya əeazisindəki aktivlərini dondurmağa icazə verib. APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın "Naftoqaz” şirkətinin saytında dərc olunmuş məlumatda bildirilir.
"Naftoqaz”dan bildirilib ki, aktivlərin dondurulması "Qazprom”un 2,6 mlrd. dollarlıq ödənişinə dair Stokholm arbitraj məhkəməsinin qərarının təmin edilməsi üçün gərəkdir.
Məlumata görə, məhkəmə qərarından sonra "Qazprom” İngiltərə və Uels ərazisindəki aktivlərinin siyahısını iki gün ərzində "Naftoqaz”a təqdim etməlidir.
"Naftoqaz” həmçinin "Qazprom”la çalışan 17 banka müraciət edərək, qaydaları pozacaqları təqdirdə cərimə olunacaqları ilə bağlı xəbərdarlıq edib.

© xezerxeber.az


245 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR