Bakının iki rayonunda su olmayacaq

20.06.2018 10:27

Bakının iki rayonuna içməli su verilməsində fasilələr yaranacaq. "Azərsu" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb təmir işlərinin aparılmasıdır.
Məlumata görə, Heydər Əliyev küçəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişində sabah günorta saatlarına qədər fasilələr olacaq.

© xezerxeber.az


203 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR