“Bitcoin” 6 min dollaradək ucuzlaşa bilər

28.05.2018 11:14

"Bitcoin”in dəyəri bu həftə psixoloji hədd olan 6 min dollardan aşağı düşə bilər.

"CoinMarketCap” portalının yaydığı rəqəmlərə əsasən mayın 27-dəki ticarət əməliyyatlarında "bitcoin”in qiyməti 2,64% azalaraq 7,334 min dollara enib. "Bitfinex” birjasında isə kriptolvalyutanın dəyəri 4,04% azalaraq 7,302 dollar təşkil edib.
Ekspertlərin fikrincə, ticarət əməliyyatlarının cari dinamikası və bazardakı ümumi şərait nəticəsində "bitcoin” 6 min dollardan aşağı həddədək ucuzlaşa bilər.
"Mayın 28-dən iyunun 3-dək kriptovalyutanın dəyərinin azalacağı gözlənilir. 7 min dollar səviyyəsi əsas göstərici sayılır. Həftənin bazar ertəsi və ya çərşənbə axşamı günü əgər "bitcoin” öz dəyərini saxlamasa, onun qiyməti 5,55 min dollaradək ucuzlaşmaqda davam edəcək. Ümumiyyətlə, göstəricilər mənfidir, buna görə də "bitcoin”in 6 min dollaradək ucuzlaşma ehtimalı yüksəkdir,” – deyə ekspertlər qeyd edir. (APA)

© xezerxeber.az


205 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR